Bia.Az

Böyük Qələbən Mübarək Vətən!

Cəmiyyət
 13-11-2020, 12:54     528

Şanlı zəfərimizin memarları heç şübhəsizki, başda Ali Baş Komandanımız Cənab İlham Əliyev olmaqla Azərbaycanımızın mərd hərbiçiləridir. Doğma torpaqlarımızın mənfur erməni işğalçılarından azad olunmasında canıyla, qanıyla iştirak edən hərbiçilərimizə xalqımızın hər təbəqəsindən yüksək dəstək gördük. Olunan dəstəklər sırasında şərəfli həkimlərimizin də rolu böyükdür. Yaralı hərbiçilərimizin öz sağlamlıqlarına qovuşması üçün gecə gündüz çalışan səhiyyə işçilərimizin əməyi danılmazdır.

 Ağsu Rayon Mərkəzi Xəstəxanasının tibbi personalı başda Baş Həkim müavini Əli Hüseynov olmaqla yaralılarımıza yüksək diqqət və qayğı ilə yanaşırlar. Əli həkim şəxsən özü gün ərzində dəfələrlə yaralı əsgər və zabitlərimizlə görüşərək onların səhhətləri ilə yaxından tanış olur, igid oğullarımızın tez bir zamanda tam sağalıb ayağa qalxması üçün lazımı göstərişlərini verir.

Xəbərçi.info olaraq mütəmədi şəkildə xəstəxanada yaralılara yaradılan şəraitlə yaxından tanış olmaq üçün xəstəxanaya gedirik. İstər yaralılar, istərsədə onların yaxınları göstərilən tibbi xidmətdən tam razı qaldıqlarını dəfələrlə dilə gətirirlər. Onlar əziyyəti keçən başda Əli Hüseynov olmaqla hər bir tibb işçisinə minnətdar olduqlarını bildirirlər.

Bizdə öz növbəmizdə doğma torpaqlarımız uğrunda canlarından keçən şəhidlərə ALLAHdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik.скачать dle 12.1