Bia.Az

35 nəfərin zəhərləndiyi dönər evinin sahibi AzTV-nin əməkdaşlarına hücum etdi

Cəmiyyət
 Bu gün, 02:19     52

Tovuz rayonunda 35 nəfərin zəhərləndiyi obyektin sahibi və işçiləri Azərbaycan Dövlət Televiziyasının (AzTV) Qərb bölgəsi üzrə xüsusi müxbiri Alməmməd Nəbiyevə hücum edib.

Bu barədə Teleqraf-ın yerli bürosuna xüsusi müxbirin özü bildirib.

Onun sözlərinə görə, peşə fəaliyyətini yerinə yetirən zaman o və operator hücuma məruz qalıb.

"Qeyd olunurdu ki, guya dönər evi bağlanıb, amma elə deyil. Əgər dönərxana bağlanıbsa, möhür niyə vurulmayıb? İçəri girdikdə obyekt sahibi və işçilərin təhqirləri, hücumları ilə üzləşdik. Hətta operatora dedim bir-birimizi qoruyaq fiziki təzyiq göstərə bilərlər. Dönərxananın içərisində antisanitar vəziyyət hökm sürürdü", - A.Nəbiyev bildirib.

Qeyd edək ki, iyunun 25-də Tovuzda 35 nəfər "022 Dönər evi"ndən alıb yedikləri dönərdən zəhərləniblər.

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri iaşə müəssisəsindəki qida məhsullarından nümunələr götürərək laborator müayinələrə cəlb ediblər.
Dönər evinin fəaliyyətinin məhdudlaşdırıldığı bildirilir.скачать dle 12.1