Bia.Az

18 min nəfər İrandan Azərbaycana gəlib – Siyahı

Cəmiyyət
 16-06-2025, 12:42     319

Bu ilin may ayında Azərbaycana 244 079 minxarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin hesabatında qeyd olunur.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 % çoxdur.

Hesabat ayında Azərbaycana ən çox turist 62 809 nəfər olmaqla Rusiyadan gəlib. Bu da 1 il əvvələ nisbətən 9 % azdır.

2-ci yerdə 41 299 nəfərlə (+ 10%) Türkiyə, 3-cü yerdə isə 23 326 nəfərlə ( – 21 %) Hindistan qərarlaşıb.

Bundan başqa, ay ərzində İrandan 17 787 nəfər (-8 %) , Səudiyyə Ərəbistanından 10 090 nəfər (+54 %), Qazaxıstandan 8 934 nəfər (+29 %), Gürcüstandan8 223nəfər (-6 %), Pakistandan 6 747 nəfər (+17 %), İsraildən 6 452 nəfər nəfər (+ 98 %), Çindən 5 821 nəfər (+23 %), Özbəkistandan 4 809 nəfər (+23 %), Cənubi Koreyadan3 776 nəfər (+ 31 %), Birləşmiş Ərəb Əmirliklərindən3 298nəfər (+ 22 %), Ukraynadan 3 121 nəfər (- 4 %), Türkmənistandan2 522 nəfər(- 8 %) turist gəlib.скачать dle 12.1