Qırğızıstanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycana təxliyə edildi - FOTO

Qırğızıstanın İrandankı səfirliyinin əməkdaşları və onların ailə üzvləri İrandan Azərbaycana təxliyə ediliblər.
Teleqrafın Cənub bürosu xəbər verir ki, onlar Astara sərhəd-keçid məntəqəsindən ölkəyə daxil olublar.
Onlara sərhəd-keçid məntəqəsində tibbi xidmətinin göstərilməsi üçün şərait yaradılıb və qida ilə təmin edilib.
Qeyd edək ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün yardım istəyib.
Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq, həmin şəxslərin təxliyəsi üçün şərait yaradır.