Bia.Az

Yaşasın Azərbaycan! Yaşasın şanlı Ordumuz! - Zakir Quliyev

Cəmiyyət
 6-11-2020, 14:35     583

Əziz Prezidentimiz.

Sizi
  “30 saylı Yol İstismar İdarəsi” MMC-nin kollektivi adından salamlayır, sonsuz hörmət və məhəbbətimi bildirirəm.

Ulu Öndərimizin başladığı və Sizin də çox bacarıqla davam etdirdiyiniz düzgün siyasət nəticəsində bu günlər xalqımız çox xoşbəxt, sevincli günlər yaşayır. Sizin qətiyyətli və düzgün qərarınızı uşaqdan böyüyə hamı dəstəkləyir.


Xalqın gözü tərəzidir. Xalq Sizi görür, yüksək qiymətləndirir, Sizinlə qürur duyur. Hər çıxışınız böyük coşqu ilə qarşılanır.


Siz bizim qəhrəmanımız, baş tacımızsınız!


İndi xalq və Prezident həmrəyliyi daha qabarıq görünür.


Düzdür, şəhidlərimiz var, dinc sakinlərimiz qətlə yetirilir, neçə illərdir qurub-yaratdığımız şəhərlər, binalar erməni vandalları tərəfindən dağıdılır. Amma bütün bunlar bizi ruhdan sala bilməz.


Xalqımız indi daha vətənpərvər, daha cəsurdur. Biz inanırıq ki, Sizin rəhbərliyiniz və rəşadətli Ordumuzun gücü ilə biz tezliklə tam Qələbəyə nail olacağıq. Azərbaycan ən qüdrətli ölkə, xalqımız ən firavan, xoşbəxt xalq olacaq.


Hörmətli cənab Ali Baş Komandan.

Mən Sizinlə qürur duyuram. Siz Azərbaycanın bütöv, bölünməz olduğunu dünyaya göstərdiniz. Sayənizdə torpağımız düşməndən azad olunur, əminik ki, son qarışına qədər də azad olunacaq.


Siz tarix yazdınız. Mən çox sevinirəm ki, bu günü gördüm. Xalq Sizdən güc alır, dövlətinə, güclü ordusuna inanır. Bu güc, bu inam bizi Vətənin müdafiəsinə ruhlandırır.


Mən Sizin rəhbərlik etdiyiniz dövlətdə yaşamağımla fəxr edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Əziz Prezidentim, inanın ki, ürəyim sözlə doludur. Səmimi və ürəkdən gələn sözlərimi Sizə yazmağı özümə borc bildim.


Dogma, cənnət Qarabağımızda bizim yox, ermənilərin yaşaması məni hədsiz hiddətləndirirdi. Allaha sonsuz şükürlər olsun ki, bu günləri görürük. 

Mən inanıram ki, qələbəmiz əbədidir, dönməzdir.

Yaşasın Azərbaycan! Yaşasın şanlı Ordumuz!

Qarabağ bizimdir!


Qarabağ Azərbaycandır!


Hörmətlə,

Zakir Quliyev,

30 saylı Yol İstismar İdarəsi” MMC-nin direktoru.

скачать dle 12.1