Bia.Az

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

Cəmiyyət
 15-06-2025, 12:22     633

Turan Dövləti Təşkilatlarının (TDT) Azərbaycan Respublikasındakı Nümayəndəliyi Milli Qurtuluş gününü ulu öndərin adını daşıyan parkdakı Heydər Əliyev muzeyində qeyd edilmişdir. Nümayəndəliyin rəhbərliyi, Turansevərlər və ictimaiyyətin nümayəndələri əvvəlcə ulu öndərin buradakı büstü önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Nümayəndəliyin rəhbəri Arifə xanım Hüseynova tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etdikdən sonra çıxışlar dinlənilmişdir. Natiqlər ümummilli liderin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən geniş bəhs etmişlər. Bildirmişlər ki, 1993-cü ilin iyununda müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz bu dahi siyasətçinin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyulmuşdur.

Daha sonra tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə yaxından tanış olmuşlar.

Tədbir bayram gəzintisi və konsertlə davam etmişdir.

TDT-nin Mətbuat Xidməti.

BİA.az
скачать dle 12.1