Netanyahu iranlılara müraciət etdi: Ayağa qalxın!

İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına videomüraciət ünvanlayıb.
Axar.az xəbər verir ki, Netanyahu müraciətdə iranlıları öz hökumətlərinə qarşı ayağa qalxmağa və azadlıq uğrunda mübarizəyə başlamağa çağırıb
.
Qeyd edək ki, 13 iyunda İsrail İranın nüvə və hərbi obyektlərinə genişmiqyaslı zərbələrə başlayıb. İran cavab zərbələri endirir.