Bakıda inanılmaz dələduzluq: deputatlar belə aldadıldı – Onlar kimlərdir?

Bakıda baxıcı kimi fəaliyyət göstərən 53 yaşlı qadının vətəndaşlardan ritualı etmək adı ilə 73 min manat alması sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Bildirilir ki, son dövrlər Azərbaycanda falçılıq sahəsində aktivlik artıb. Bir çox şəxs, gələcəyi öyrənmək və ya nəzər, cadu kimi məsələlərə görə bu şəxslərə müraciət edir və yüksək məbləğlər ödəyirlər. Maraqlısı odur ki, baxıcılar ölkədə açıq şəkildə fəaliyyət göstərir və müştəri cəlb edirlər. Digər tərəfdən, onların fəaliyyətinin leqallaşdırılması təklif olunur.
Ölkədə bununla bağlı hansı qanuni addımlar atıla bilər?
Globalinfo.az-a danlşan deputat Cavanşir Paşazadə leqallaşmanın əleyhinə olduğunu bildirib.
“Falçılar fırıldaqçılıqla məşğuldular, əməlləri islam dininə ziddir. Onlar insanların inancından istifadə edərək pullarını alırlar. Şəriətimizdə bu, haramdır və yolverilməzdir”.
Cavanşir Paşazadə