Bia.Az

Terrorçuluq barədə yalan məlumat verən şəxsə hökm oxundu

Cəmiyyət
 10-06-2025, 13:17     446

Terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Cəmaləddin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edərək Cəmaləddin Cəfərovun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmə hökm oxunub. Cəmaləddin Cəfərov 5 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cəmaləddin Cəfərov Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur.
Həmin maddənin sanksiyasında 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.скачать dle 12.1