Bia.Az

ÜRƏYİ TƏBİƏTLƏ DÖYÜNƏN ADAM - Eyvaz Səfər oğlu Hünbətov...

Cəmiyyət
 9-06-2025, 13:40     384

El adamı haqqında ulu müdriklərimizin idrak işığından bu günümüzə saçılan,  qədimliyi qədərincə çağdaş səslənən  belə bir deyim var ki, filankəs qənimət adamdır.  "Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı" İctimai Birliyinin  (#TAİB) sədr müavini,  sabiq dövlət qulluqçusu, ağsaqqal ucalığında olan dostumuz Eyvaz Səfər oğlu Hünbətov  özünün şərəfli ömür yolu ilə bu həqiqəti bariz təsdiq edən  bir şəxsiyyətdir.
Yüksək mədəniyyətə malik, təbiətən mülayim, təvazökar, aydın fikirli, işgüzar və məsuliyyətli, eyni zamanda, məqamında qaya kimi sərt, rəhbər işçi olaraq paytaxtımızın yaşıllaşdırılmasında böyuk əməyi olan Eyvaz Qunbatov yaşıllığa, ağaca həyat mənbəyi kimi baxır, ağac əkməyi, ona qulluq etməyi insanın doğuluşu və kamilliyi qədər müqəddəs sayır...
 
Ağac-ağac, budaq-budaq
Bağ-bağata oldun  dayaq.
Dünənindən gəlir soraq:
Səni görüm min budaq ol!

Neçə-neçə park, xiyaban -
Bakımızda bir gülüstan.
Müşkülləri etdin asan,
Abadlığa çırmayıb  qol!

Təbiətin öz dili var;
Çiçəklərdə dinər bahar.
Payız çağı bağlarda bar...                                
El dilində  alqışın bol!

Yaradana məhəbbətli,
Yaranışa mərhəmətli,
Yurda bağlı,  sədaqətli...
Bir örnəkdir keçdiyin yol!
 
Səni görüm min budaq ol!
Abadlığa çırmadın  qol!
El dilində  alqışın bol!
Bir örnəkdir keçdiyin yol!  


            ✍️ Tapdıq ƏLİBƏYLİ

BİA.az
скачать dle 12.1