Ermənilər Bakıda yaşaya biləcəklər - Simonyan

Sülh müqaviləsi imzalandıqdan sonra ermənilər Bakıda yaşaya bilər.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Onlar da Ermənistan ərazisində vaxtilə yaşadıqları kəndlərə qayıda biləcəklər. İndi ermənilər Gürcüstanda yaşayırlar - eyni məntiqdir", - o, qeyd edib.