Bia.Az

İrəvanın alçaq niyyəti: Mülki əhalinin vurulmasının arxasındakı məqsəd

Cəmiyyət
 28-10-2020, 16:57     366

Erməni silahlı qüvvələrinin Azərbaycan şəhərlərinə raket zərbələri endirməsi Bakını təxribata çəkmək cəhdidir. 

Yenisabah.az xəbər verir ki, bu barədə tanınmış rusiyalı jurnalist, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib. Onun sözlərinə görə, Ermənistan bununla Bakının İrəvana zərbə endirməsinə nail olmaq istəyir. Çünki bu halda üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) hərbi dəstək üçün müraciət edə bilər.

Qarabağda hərbi əməliyyatlar başlayandan bəri Ermənistan münaqişənin miqyasını genişləndirməyə çalışır. Əvvəlcə Türkiyənin bölgəyə terroçu qruplar yerləşdirdiyi barədə iddialar səsləndirən İrəvan hesab edirdi ki, bununla KTMT-yə üzv ölkələri Qarabağda anti-terror əməliyyatı keçirmək adı ilə münaqişəyə müdaxiləsinə nail ola bilər. 

Lakin Kreml müharibənin Azərbaycan ərazisində getdiyini əsas gətirərək baş verənlərə müdaxilə etməyəcəyini açıqladı. Bundan sonra Ermənistan Azərbaycanın döyüş bölgəsindən kənarda yerləşən şəhər və rayonlarını atəşə tutmaqla Bakını təxribata çəkməyə başladı. 

Azərbaycan isə məqsədinin yalnız işğal olumuş əraziləri azad etmək olduğunu və mülki insanları, obyektləri hədəf seçmədiyini bəyan edərək bu təxribata uymur. Ermənistan məqsədinə nail olmadıqca daha da isteriyaya qapılaraq terror və təxribatlarını daha alçaq şəkildə davam etdirir.скачать dle 12.1