Bia.Az

86 yaşlı Mingəçevir sakini təqaüdünü Azərbaycan Silahlı Qüvvələrinə göndərdi - VİDEO

Cəmiyyət / Bia Tv
 23-10-2020, 10:35     474

Mingəçevir sakini olan Gülavər nənə cəbhədəki Azərbaycan əsgərlərinə dəstək olmaq qərarına gəlib və bir aylıq təqaüdünü Silahlı Qüvvələrinə Yardım Fonduna bağışlayıb.
“Sputnik Azərbaycan” xəbər verir ki, 86 yaşlı Gülavər Aslanova Vətən uğrunda canını qurban verməyin nə demək olduğunu çox yaxşı bilir. Onun atası İkinci Dünya Müharibəsi zamanı ölüb. Hazırda yaşlı qadın tək yaşasa da, cəbhədə döyüşən hərbçiləri öz oğulları hesab edir.

Gülavər nənə Prezident İlham Əliyev Azərbaycan ordusunun növbəti uğurlarını elan etdikdə hər dəfə xoşbəxtlik və qürur hissi keçirdiyini deyir:

“Tam zəfər çaldığımızı eşidən kimi Şəhidlər Xiyabanına gedib orada dua oxuyacağam”.

Onun yeganə arzusu bütün əsgərlərimizin qələbə xəbərləri ilə sağ-salamat qayıtmasıdır.

<embed src='https://baku.tv/embed/26560' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></embed>скачать dle 12.1