Bia.Az

Qandonduran cinayət: Ərini öldürdü, doğradı, kanala atdı

Cəmiyyət
 7-01-2025, 10:31     661

Salyanda polis dəhşətli cinayətin üstünü açıb.

Axar.az lent.az-a istinadla xəbər verir ki, Salyan rayonu Yeni Uluxanlı kəndində itkin düşmüş kimi axtarışı aparılan 41 yaşlı Röyal Hüseynovun həyat yoldaşı tərəfindən öldürülməsi polis əməkdaşları tərəfindən müəyyən edilib.

1986-cı il təvəllüdlü Mətanət Hüseynova həyat yoldaşını ov tüfəngi ilə qətlə yetirdikdən sonra izi itirmək üçün cəsədi hissələrlə kanala atıb.

 Cəsəd kanaldan çıxarılıb, aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.скачать dle 12.1