Ukrayna dairəsində son vəziyyət: yenə acınacaqlı durum - Video

Bu gün də Ukrayna dairəsində dünənki acınacaqlı vəziyyət təkrarlanıb.
Axar.az xəbər verir ki, hazırda sözügedən ərazidə avtomobillərin dəhşətli tıxacı yaranıb.
Sürücülər yaranan vəziyyətdən narazılıqlarını aşkar şəkildə bildirərək, yolda aparılan "təkmilləşmə işləri"nin əks-effekt verdiyini qeyd edirlər.
Qeyd edək ki, AYNA dairədə keçidi daha da “sürətləndirmək” üçün “təkmilləşdirmə” işlərinə bir neçə gün öncə başlayıb.