Bia.Az

Əfqan Sadıqov Azərbaycana ekstradisiya ediləcək

Cəmiyyət
 29-11-2024, 00:18     771

Azərbaycanlı jurnalist Əfqan Sadıqov Bakıya ekstradisiya ediləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Tblisi şəhər məhkəməsi qərar qəbul edib.

Ə.Sadıqov hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.

O, bir müddət əvvəl Gürcüstanda saxlanılıb. Bu gün isə ekstradisiya edilməsinə qərar verilib.

Qeyd edək ki, Sadıqov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

daşlıq müqaviləsinə uyğun olaraq Əfqan Sadıqovun ölkəyə ekstradisiya edilməsi istənilib.

Xatırladaq ki, “Azel Tv”nin rəhbəri olmuş Ə.Sadıqov 2020-ci ildə hazırda həbs edildiyi maddə ilə 6 il müddətinə məhkum edilmişdi. O, iki il əvvəl əfv olunub.скачать dle 12.1