Bia.Az

VƏTƏN SƏNƏ OĞUL DEDİ... - Azərbaycanın ilk Milli Qəhrəmanı Məhərrəm Seyidov

Cəmiyyət
 24-11-2024, 14:21     755

Azərbaycanın İlk Milli Qəhrəmanı Məhərrəm Mirəziz oğlu 7 sentyabr 1952-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1969-cu ildə burada N.Nərimanov adına orta məktəbi bitirmişdir. Məhərrəm Bakı Xüsusi Milis Məktəbini də bitirmişdir. 1969-cu ildə buradakı N.Nərimanov adına orta məktəbi bitirmişdir. Hərbi xidmətini Xerson şəhərində başa vurduqdan sonra əmək fəaliyyətinə Daxili İşlər Orqanlarında başlamışdır. 1980-ci ildə Moskva Olimpiadasında ictimai asayişin mühafizəsində fərqləndiyinə görə mükafatlandırılmışdır. Bakı Xüsusi Orta Milis Məktəbini (indiki Polis Akademiyası) bitirmişdir. Şərur rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışırdı. Milis kapitanı idi. Ailəli idi, dörd övladı qalıb.

1990-cı ildə Sədərək rayonu da başqa rayonlar kimi erməni yaraqlılarının hücumlarına məruz qalırdı. 18 yanvar 1990-cı ildə ermənilər Kərki kəndinə hücum edərək evləri yandırır, silahsız günahı olmayan dinc sakinləri min bir vəhşiliklərlə qətlə yetirirdilər. Şərur rayon Daxili İşlər Şöbəsi məlumatı alan kimi polis işçilərini hadisə yerinə göndərir. Qanlı döyüşlərdə hər iki tərəfdən xeyli ölən və yaralananlar var idi. 19 yanvar polis kapitanı Azər mühasirəyə düşmüşdü. Məhərrəm onu xilas etmək tapşırığını öz üzərinə götürdü, o, vuruşaraq polis kapitanının yanına çata bildi, amma o özü mühasirəyə düşdü, son nəfəsinəcən vuruşaraq döyüşçü dostlarını xilas edən Məhərrəm qəhrəmancasına həlak oldu. Şərur rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə kapitan Məhərrəm Mirəziz oğlu Seyidov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

(6 iyun 1992) – “Qızıl Ulduz” medalı (ölümündən sonra)

Azərbaycanın ərazi bütövlüyü uğrunda xüsusi xidmətlərinə və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin vəzifə borcunu yerinə yetirərkən igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 221 nəfərə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Onlardan 20 nəfəri indiyədək Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunan şəxslərdən 2-dən bu ad geri alınıb.

Nəriman Məhərrəmov,
Xüsusi müxbir.


BİA.az
скачать dle 12.1