Bia.Az

Azərbaycanda vəzifəli şəxs qız qaçırıb?

Cəmiyyət
 15-10-2024, 13:13     539

Gədəbəy Rayon İcra Hakimiyyəti rayon Kommunal Müəssisələri Kombinatı idarəsinin baş mühəndisi Alim İsmayılovun qız qaçırması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Axar.az xəbər verir ki, başçının köməkçisi Ölkə.az-a açıqlamasında A.İsmayılovun baş mühəndis olmadığını deyib.

“Həmin şəxs kombinatda fəhlədir. Bu, məişət hadisəsidir və icraya heç bir aidiyyəti yoxdur. Hadisəni hüquq-mühafizə orqanları araşdırır”, - başçı koməkçisi əlavə edib.

O, A.İslamovun törətdiyi əmələ görə vəzifədən azad edilib-edilməməsi məsələsinə isə kombinatın aydınlıq gətirə biləcəyini vurğulayıb.
Qeyd edək ki, yayılan məlumatlarda Gədəbəydə Kommunal Müəssisələri Kombinatı idarəsinin baş mühəndisi Alim İsmayılovun rayonda müəllimə kimi çalışan xanımı razılığı olmadan qaçırdığı bildirilirdi. Həmçinin qeyd olunmuşdu ki, qarşı tərəf şikayətçi olduğuna görə sözügedən şəxs saxlanılıb.

Xatırladaq ki, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı Gədəbəy rayon İcra Hakimiyyətinin alt qurumlarından biridir.скачать dle 12.1