Bia.Az

Ağsunun Arat-Curuxlu kəndində şəhdlərin məzarları üzərində olan bayraqlar bərbad gündədir - İcra nümayəndəsi isə...

Cəmiyyət
 14-10-2024, 01:32     845

Ağsu rayon Arat-Curuxlu kəndində yerləşən məzarlıqda dəfn edilən şəhidlərimiz Mirzəmmədov Məmməd Məhbul oğlu və Heydərov Müşviq Ələkbər oğlunun məzarları üzərində olan Türkiyə və Azərbaycan Respublikalarının Bayraqları bərbad gündədir.

Kənd sakini Zahid Seyidzadənin BİA.az-a bildirdiyinə görə, şəhid məzarlıqları üzərində olan Bayraqlar köhnəldiyi zaman kəndin cavanları tərəfindən dəyişdirilirdi.

Zahid Seyidzadə bildirir ki, dünən Bayraqların köhnəldiyini və cırıldığını görüb, kənd icra nümayəndəsi Əliyev Gülağaya zəng edərək, ona bayraqların dəyişdirilməsini xahiş edib. Gülağa Əliyev isə əsəbi şəkildə, "Mən Bayraq dəyişənəm? Bayrağın cırılmasının mənə aidiyyəti yoxdur"  - deyə cavab verib.

"Şəhidlər bizim üçün canlarını fəda edən müqəddəs insanlardır. Şəhidlərimiz o Bayraqların zirvələrdə qürurla dağlanması üçün həyatlarını fəda ediblər. Dövlətin vəzifə verdiyi rəsmi şəxslər dövlətin Bayrağına dəyər verməli və bu kimi işlərə diqqətlə yanaşmalıdırlar".  - deyə Zahid Seyidzadə qeyd edib.





BİA.az
скачать dle 12.1