Bia.Az

Bakıda sıxlığa əsas səbəb – Nazirlik niyə addım atmır?

Cəmiyyət
 12-10-2024, 11:44     460

Azərbaycan təhsil müəssisələri Qərb təhsil modeli olan boloniya sisteminə 2005-ci ildən qoşulsa da, dərs saatları, tədris metodikası, imtahan formatı kimi bir çox amillər universitetlərdə bu modelin tətbiq edilmədiyini göstərir. Məsələn, qardaş Türkiyədə təhsil sistemi Avropa Kredit Transfer Sistemi (ECTS) ilə uyğunlaşdırılıb və tələbələrə boloniya prosesinə uyğun təhsil verilir. Buna əsasən də tələbələrin dərs saatları qruplar, ixtisaslar, fakültələr nəzərə alınmaqla bütün günə bölüşdürülür. Nəticə etibarilə nəinki ayrı-ayrı universitetlərdə, eyni universitetdə belə dərslər müxtəlif saatlarda başlayır və nəticədə səhər saatlarında yollarda, eyni zamanda universitetlərin özündə sıxlıq yaşanmır.

Təkcə tələbələr yox, müəllimlər də bu vəziyyətdən yararlana, başqa təhsil müəssisəsi ilə əməkdaşlıq edə bilir. Bakıda tıxac və sıxlıq problemi yaşandığı halda bu modelin niyə illərdir yerli təhsil müəssislərində tətbiq edilməməsi təəccüblüdür.скачать dle 12.1