Bia.Az

Partiya sədri olan deputatlara nə qədər pul veriləcək? – Açıqlandı

Cəmiyyət
 11-10-2024, 01:22     560

Ölkəmizdə sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri siyasi partiya sisteminin yeni reallıqlar fonunda formalaşması üçün böyük imkanlar yaradıb. Bu seçkilər nəticəsində qalib gələn 10 siyasi partiya parlamentdə təmsil olunur. İctimaiyyətdə maraq doğuran məsələlərdən biri də sözügedən partiyalara dövlət büdcəsindən nə qədər vəsait ayrılacağıdır.

Globalinfo.az-a danışan Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib ki, parlament partiyalarına vəsait ayrılması qanunla nəzərdə tutulmuş prosesdir:

“Qanun hələ yeni verilib və qüvvəyə minmədiyi üçün dəqiq nə qədər vəsait ayrılacağı məlum deyil”.


Elşad Musayev

Milli Məclisin deputatı, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə bildirib ki, parlamentdə təmsil olunan partiyalara hələ heç bir vəsait ayrılmayıb:

“Qanun qüvvəyə minəndən sonra bizim partiyaya da şamil olunacaq. Bu qanun qəbul edildikdən sonra ilk dəfədir, parlamentdə təmsil olunuruq. Bu vaxta qədər parlamentdə olan partiyalara müxtəlif zamanlarda maliyyə resursları ayrılıb. Bu il nə qədər vəsaitin ayrılacağı ilə bağlı məlumatımız yoxdur”.


Arzuxan Əlizadə

Qeyd edək ki, yeni qanuna əsasən, dövlət tərəfindən ayrılan vəsaitin 40%-i parlamentə düşən partiyalar arasında bərabər bölünür. Vəsaitin 50%-i deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir. Vəsaitin 5%-i təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara ayrılır. Vəsaitin 2,5 faizi isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər, yerdə qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada, aldıqları səsə uyğun olaraq bölünür.скачать dle 12.1