Ağsu rayonunun Qasımbəyli kənd sakinləri Mehriban xanım Əliyevaya şikayət etdilər - MƏTN

Azərbaycan Respublikasının I Vitse Prezidenti Zat Aliləri Mehriban xanım Əliyevaya,
Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova,
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə,
Azərbaycan Respublikasının İnsan Haqları üzrə müvəkkili hörmətli Səbinə xanım Əliyevaya
Ağsu rayonu Qasımbəyli kənd sakinləri tərəfindən
Ərizə:
Bir qrup kənd sakini yazıb sizə bildirmək istəyirik ki,2021-ci ildə Qasımbəyli kəndində Həsənov Anar Məhəmməd oğlu adlı bir şəxs peyda oldu.O yaxın çevrələrinin köməyindən istifadə edərək kəndimizdə yaşayış məqsədli bir neçə evi qanunsuz şəkildə alaraq şəxsi biznesini qurmağa başladı.O bu biznes layihəsində ciddi və sübut olunan saxtakarlıqlarla əl atdı.Aldığı torpaq sahəsinin yanında olan 0,54 ha və 0,90 ha ərazini qanunsuz zəbt edib.Ailə üzvlərinin razılığı olmadan saxta sənədlərlə torpaq sahələri alıb.Həmin qanunsuz şəkildə aldığı 0,36 ha torpaq sahəsinin birinin içərisində yaşayış evi də var.Amma alqı satqı müqaviləsində evin satılmadığı yazılır.Kənd sakini Zərifə Feyzullayevanın evini əlindən güclə alaraq orada toyuq cücə saxlamağı bir tərəfə hətta həmin sakini,yaşlı qadını əxlaqsız sözlərlə hər dəfə təhqir edir, onu ölümlə hədələyir.Anar Həsənovun işi təkcə bununla kifayətlənmir,o kənd əhalisinin yaşadığı ərazidə ferma tikib,sakinlərin əkin sahələrinə qanunsuz şəkildə ziyan vurur,kəndi üfunət iyi bürüyüb antisanitariya baş alıb gedir.Kəndli onlar üçün ayrılmış otlaq sahəsindən istifadə edə bilmir,çünki həmin otlaq sahələrində yalnız Anar Həsənovun heyvanları otlayır.Kim narazılıq edirsə ona bildirir ki,yaxşı ətrafı var və onu peşman edəcək,həyatdan küsdürəcək qüdrətə malikdir.O,zaman zaman kənd sakinlərini şərləməkdən belə çəkinmir.Bir müddət öncə guya ki,kənd sakinlərinin bilərəkdən onun heyvanlarını zəhərləməsi barədə Rayon Polis Şöbəsinə müraciət etmişdir.Müraciəti araşdırıldıqda onun həqiqətə uyğun olmadığı,heyvanların xəstəlikdən tələf olduğu bildirilmişdir.Anar Həsənovun dediyinə görə o heç kəsdən qorxmur,çünki,istənilən halda onu qoruyacaq ətrafı var.
Biz Ağsu Rayon İcra Başçısının kəndimizdə keçirilən 21.06.2024-cü il tarixli səyyar qəbulunda bu məsələni qaldırdırq.Cənab başçı bizə söz verdi ki,bu məsələ ilə maraqlanacaq.Bundan başqa biz yerli polis şöbəsinə,İqtisadiyyat Nazirliyinə,Cənab Prezidentə müraciətlər etmişik.Lakin bizim dərdimizə heç kim əlac etmir.Aidiyyatı qurumlardan gələn,vətəndaşın şikayəti araşdırılsın tapşırığına burada məhəl qoyan yoxdur.
Cənab Prezidentimiz dəfələrlə çıxış edərək bildirib ki,əhalini heç bir məmur incitməsin.Bizi incidirlər,bizi haqlarımızdan məhrum etməyə çalışırlar.Öz kəndimizdə bizlər problem içində yaşayırıq.Kəndimizi,evlərimizi bu şəxsin etdikləri ucbatından tərk etmək istəyirik.Anar Həsənov bilərəkdən kənd sakinlərini incidərək kənddə təxribat yaratmaq istəyir.Əhalini dövlətdən incik salmaqdır onun qayəsi.
Sizlərdən xahiş edirik bizə bu məsələdə kömək edin.Bir arxalı,imkanlı şəxsin siravi kənd əhalisini kefi istəyən formada əzməsinə icazə verməyin.Sonda qeyd etmək istəyirik ki,sizə yazdıqlarımızın hamısının dövlət sənədləri ilə sübutu var.İstənilən bir şəxsi göndərib,yerində araşdırma etsəz bizim dediklərimizə sizlər də bir daha əmin olarsınız.Sonda ərizəmizi Ulu Öndərimiz,hamımızın sevimlisi Heydər Əliyevin sözləri ilə yekunlaşdırırıq.
"Dövlət o vaxt sarsılır ki,cinayətkar cəzasız qalır,günahsıza cəza verilir".İnşAllah yazdığımız məktubda biz günahsızların deyil də həqiqi cinayətkarın cəzalanması təmin olunacaq.
BİA.az