Dövlətə xəyanətdə ittiham olunan şəxs qərardan narazıdır - MƏHKƏMƏ

Dövlətə xəyanətdə təqsirləndirilən Tərlan Abbasovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Tərlan Abbasova Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tərlan Abbasov 17 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.