Bia.Az

Azərbaycanda zəlzələ: ADY dərhal hərəkətə keçdi

Cəmiyyət
 5-09-2024, 13:12     292

Azərbaycanda dəmir yolu infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb.

Axar.az bu barədə Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, səhmdar cəmiyyət zəlzələ ilə bağlı yol infrastrukturuna kompleks baxış keçirir.

Belə ki, bu gün saat 10:45-də Biləsuvarda baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası cənub zonasında müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır. ️скачать dle 12.1