“Milli Məclisdə xüsusi komissiya yaradılmalıdır” - Elman Cəfərli

“Ermənilər bugünlərdə yenidən ötən ilin sentyabrında tarixin zibilliyinə atılmış qondarma rejimi yada salıblar. Qərbdə isə bəzi çevrələr hələ də “ermənilərin qayıdışına” ümid edirlər”.
Bu sözləri “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “Cebheinfo.az”-a açıqlamasında deyib.
O xatırladıb ki, bundan öncə Samvel Şahramanyan qondarma rejimin hələ də fəaliyyət göstərdiyini bildirmişdi:
“Hesab edirəm ki, ən yaxşı müdafiə hücumdur. Tarixi torpaqlarımızın qaytarılması uğrunda mübarizə genişlənməlidir. Qərbi Azərbaycana qayıdış məsələsini bütün platformalarda gündəmə gətirməliyik”.
Elman Cəfərlinin sözlərinə görə, yeni seçilmiş parlament Qərbi Azərbaycan məsələsinə xüsusi yanaşma sərgiləməlidir:
“Yaxşı olar ki, Milli Məclisdə Qərbi Azərbaycanla bağlı xüsusi komissiya yardılsın. Sülh müqaviləsi imzalanmasa belə tarixi torpaqlarımıza qayıdış məsələsini arxa plana atmamalıyıq”.
O qeyd edib ki, ermənilərin hər ilin sentyabr ayında fəallaşması da təsadüfi deyil:
“Xain qonşularımız son 30 ildə ən ağır zərbəni sentyabr ayında alıblar. Ermənistanın diz çökməsi ilə, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi məhz bu ayda başlanmışdı. 30 il bölgəni inkişafdan saxlamış Qarabağ müqaqişəsi məhz sentyabr ayında tarixin arxvinə göndərildi. Ötən ilin 19 sentyabrında 23 saatlıq lokal anti-terror əməliyyatı zamanı erməni ordusunun qalıqları, qondarma rejimin terrorçu dəstələri Qarabağdan çıxarıldı.
Xankəndi, Ağdərə, Xocalı, Xocavənd, Əsgəran Azərbaycanın nəzarətinə keçdi. Özünü buraxmış qondarma rejimin keçmiş rəhbəri Samvel Şahramanyanın sərsəm açıqlamaları göstərir ki, bəzi çevrələr bədbəxt erməni xalqını yeni bəlalara sürükləmək istəyirlər. Bir şeyi unudurlar ki, hər hansı revanşı cəhdinə Azərbaycanın cavabı daha sərt olacaq. Amma unutmasınlar ki, “Dəmir yumruq” yerindədir”.