Bia.Az

Sərhəd təxribatlarının pərdəarxası: Azərbaycan bunu Qərbin əlindən aldı

Cəmiyyət
 19-08-2024, 00:34     495

“Bəlli məsələdir ki, Qərb sülh prosesinə zərbə vurmağa çalışır. Buna görə də biz bundan sonrakı dönəmdə də bu tipli təxribatlara tez-tez rast gələcəyik. Bu baxımdan hesab edirəm ki, Naxçıvan istiqamətində baş verən təxribat təsadüfi deyil”.

Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O bildirib ki, Azərbaycan üçüncü qüvvələrin prosesə müdaxiləsinin qarşısını almaq üçün tez bir zamanda sülh sazişini imzalamağa çalışır:

“Sülh sazişinin imzalanması üçün Azərbaycanın prioritetləri arasında konstitusiya dəyişikliyi və Minsk Qrupunun ləğvi şərtləri önə sürülür.


Əli Zülfüqaroğlu
Bəlli idi ki, Zəngəzur dəhlizi məsələsi ilə bağlı maraq toqquşması manipulyasiya yol açacaq. Azərbaycan bu kartı da Qərbin əlindən alıb. Amma bundan sonra da Qərb Ermənistana təzyiqini davam etdirəcək.
Nəticədə, biz Ermənistanın konstitusiya dəyişikliyinə də getməməsi üçün Qərbin İrəvana təzyiqini artıracağını müşahidə edəcəyik. Eyni zamanda mütəmadi olaraq təxribatlar törətməklə sülh perspektivlərinə zərbə vurmağa çalışacaqlar. Amma istənilən halda Azərbaycanın diplomatik və hərbi gücü bütün təzyiqləri neytrallaşdırmağa və dominant siyasət yürütməyə imkan verir”.скачать dle 12.1