Saglıgında heykələ dönmüş həmyerlimiz, dogum gününüz mübarək!

Saglıgında Mokvada heykələ dönmüş həmyerlimiz Füzuli Ataş oğlu Fərəcov!
Onun "Buran" kosmik uçuş gəmisinin yaranmasında böyük əməyi olub!
Rusiya kimi nəhəng bir ölkənin paytaxtında, özü də sağlığında büstü qoyulmaq hər bir adama nəsib olmayan fəxrdir. Belə görkəmli adamların sayı cəmis iiyirmi-otuzdan çox ola bilməz. Azərbycanlı, texniki elmlər namizədi, İctimai Elmlər Akademiyasının həqiqi üzvü Füzuli Ataş oğlu Fərəcova belə bir yüksək etimad göstərilmişdir.
2010-cu il iyun ayının 11-də Rusiya Federasiyasının adlar və yaşayış məntəqələri üzrə vətəndaşların adlarının əbədiləşdirilməsi və ictimai mükafatlar üzrə Milli Komissiyası qərar qəbul etmişdir: Moskvada Vətən Şöhrəti meydanında (Moskva şəhəri, Krımskiy val, ev10, İncəsənət Parkının ərazisi, SektorA4-A8) Füzuli Fərəcovun heykəltəraşlıq təsviri (büstü) qoyulsun.
Bu məqamda daha bir həmyerlimiz, əfsanəvi insan, Sovet dövlətinin ən qüdrətli vaxtlarında - idarə olunan kosmik aparatlara dövlət rəhbərlik komissiyasının sədri Kərim Kərimovun bir vaxt Füzuli Fərəcovun sovet kosmonavtikasının inkişafına sərf etdiyi əməyinə verdiyi qiyməti xatırlamaq yerinə düşərdi: "Fizuli Fərəcov ömrünün müəyyən hissəsini XXI əsrin uçan aparatlarının layihələşdirilməsinə və istehsal olunmasına həsr etmişdir. O, öz qarşısına məqsəd qoymuşdur ki, təyyarələri təkcə atmosferdə deyil, kosmosda da uçmağa məcbur etmək lazımdır. İnadkarlığı və aviasiya texnologiyasını dərindən bilməyi aerokosmik sənayesinin bir çox mütəxəssisləri ilə birlikdə kifayət qədər qısa müddətdə çoxdəfəlik işlənən, Amerikanın "Speys-Şattl" layihəsindən geri qalmayan "Buran" kosmik gəmisini yaratmağa nail olmuşlar. Əslində bir çox aerokosmik göstəricilərinə görə "Buran" "Şattl"dan üstündür. 1988-ci ildə "Buran" kosmik gəmisi real uçuş şəraitində uğurla sınaqdan çıxdı. Saatyarımdan azacıq artıq vaxtda "Buran" Yer kürəsini dolanaraq "Baykonur" kosmodromuna döndü, ordan da güclü "Energiya" daşıyıcı raketi ilə yenidən start götürmüşdür. Həmdəki, "Şattl"dan fərqli olaraq "Buran" gəmidə olan kompüterin hesabına avtomatik idarə olunaraq pilotsuz uçmuşdur. Fizuli Fərəcov "Buran" gəmisinin yaranması üçün çox böyük əmək sərf etmişdir.
Hörmətlə,
Kərim Kərimov,
Sosialist Əməyi Qəhrəmanı,
23 sentyabr, 1995-ci il."
Qürur mənbəyimizsiniz Füzuli bəy, Sizinlə fəxr edirik!!!