Bia.Az

Şadlıq evlərində fantastik qiymətlər – bahalaşmanın səbəbkarları bu şəxslərdir

Cəmiyyət
 28-07-2024, 00:40     589

Son zamanlar ölkədə bir sıra qiymət artımı müşahidə olunur. Bu, ictimaiyyətdə ciddi narahatlıq yaradır. Baş verən bahalaşma şadlıq evlərinə də təsir edib. Hətta bu sahədə qiymətlər absurda doğru gedir.

Belə ki, şadlıq evlərində menyusu 80-100 manatlıq olan restoranlarda normal yemək verilmir. Yaxşı yemək isə 200 manatlıq menyudan başlayır. Buna səbəb nədir və bu, hara kimi davam edəcək?

Mövzunu Globalinfo.az-a şərh edən qida sahəsi üzrə mütəxəssis Ağa Salamov menyu qiymətlərinin bahalaşmasının müxtəlif səbəblərinin olduğunu vurğulayıb.

Onun sözlərinə görə, menyunun əsas bahalaşma səbəbi müştəri tələbatının çox olması ilə əlaqədardır:
Bakıda bu şadlıq evlərində qiymətlər qalxıb - 80-120 manat... - SİYAHI
“Həm də adam var, deyir ki, övladım üçün toy edirəm deyə, süfrədə barmaq qoymağa yer olmasın. Amma toyun sonunda baxırsan, nə qədər israfçılıq olunur, neçə çeşid qida məhsulları atılır. Təsəvvür edin, dünyanın bu qədər aclıq çəkdiyi bir vaxtda biz də bolluqdan kef çəkirik, israfçılıq edirik.

Menyuların qiymətinin artmasının digər səbəbi də hər il olan inflyasiyalardan irəli gəlir. Məsələn, 3-4 il bundan əvvəl pomidorun qiyməti 80 qəpik və ya 1 manat idisə, indi artaraq minimum 2-3 manat olub. Eyni zamanda ətin qiyməti əvvəllər 8-10 manata idi, indi 17 manatdır. Bu da o deməkdir ki, qiymət təxmini iki dəfə bahalaşıb. Hətta elə məhsullar var ki, 100 faiz qiymət artımı müşahidə olunur. Artımın baş verməsi də maya dəyərinə təsir edir”.

A.Salamov deyib ki, qida məhsulları bazardan baha qiymətə alınır deyə, satışda da müəyyən artım baş verir:

“Ona görə də, menyuların qiymətləri yüksəlir. Baxırsan ki, süfrədə heç nə yoxdur, amma menyu qiyməti 80 manatdır. Bəzən 50 manatlıq yeməyi 100 manata təqdim edirlər ki, bu da artıq işbazlarla bağlı problemdir. İşbazlarla da istər qida, istərsə də qeyri-qida sektorunda rastlaşmaq olur. Lakin təbii bahalaşmadan əlavə suni artımlar da var. Reallıq budur ki, əvvəl 25 manata təqdim olunan menyu bu gün həmin qiymətə təqdim oluna bilməz. Çünki məhsullar çox bahalaşıb”.скачать dle 12.1