Bia.Az

Qaz sayğacları ilə bağlı xidmət haqqı açıqlandı

Cəmiyyət
 28-07-2024, 00:24     463

Qaz sayğaclarının yoxlanılmasına görə xidmət haqqı məlum olub.

Musavat.com xəbər verir ki, bu ödənişləri Azərbaycan Metrologiya İnstitutu açıqlayıb.

Sayğacın növündən asılı olaraq ödənişləri təqdim edirik:

- diafraqma tipli G2.5, G4, G6 mexaniki qaz sayğaclarının müayinəsi - 7.29 manat;

- G10, G16, G25 mexaniki qaz sayğaclarının müayinəsi - 39.10 manat;

- diafraqma tipli G4, G6 (İtron) smart-kart sayğaclarının müayinəsi - 7.21 manat;

- G10 (Gulf), G10 (İtron) smart-kart sayğaclarının müayinəsi - 35.26 manat.


Yalnız "Azəriqaz"ın sayğacda nöqsan olduğuna şübhəsi olarsa, müayinə pulsuz aparılır.скачать dle 12.1