Bia.Az

“Orada digərləri quldur, aferist, öz mənafelərini güdənlərdir” -xalq artisti qapalı keçirilən qurultaydan danışdı

Cəmiyyət
 22-07-2024, 14:01     478

Xəbər verdiyimiz kimi Moderator.az-a özəl mənbədən daxil olan məlumata görə indilərdə Teatr Xadimləri İttifaqının qurultayı keçirilir. Xəbəri dəqiqləşdirmək üçün nümayəndə heyəti, xalq artisti Əli Nurla əlaqə saxladıq.

Moderator.az-a açıqlama verən sənətkar qurultayın keçirilməsini təsdiqləyib.

“Bəli, qurultay keçirilir. 200-300 adamın iştirak gözlənilir. Mən də buradayam. Namizəd xalq artisti Hacı İsmayılovdur. O ən ləyaqətli namizəddir. Hacının şəxsiyyəti, titulları, təvazökarlığı, sadəliyi bizi məcbur edir ki, onu dəstəkləyək. O layiqdir. Hacıdan başqa orada mən adam görmürəm. Digərləri quldur, aferist, öz mənafelərini güdənlərdir. Hacı kimi təşkilatçı yoxdur. İl yarımda o sübut etdi ki, Teatr Xadimləri İttifaqının sədri o olmalıdır. Ola bilsin ki, başqa namizəd də var, amma mən maraqlanmıram. Ləyaqətli adam kimi ancaq Hacını görürəm” deyə aktyor bildirib.
Əli Nur “Sizcə Hacı İsmayılov sədr postu üçün yaşlı deyil? Axı 80 yaşı var?” sualına isə belə cavab verib.
“Ruh adamının yaşı bilinmir. Tahir Salahovun 90 yaşı var idi. O deməkdir ki, rəssam deyildi? Pablo Pikassonun 100-ə yaxın yaşı var idi. Yaradıcı adam üçün yaş məhdudiyyəti yoxdur. Onlar hamısı ruh adamlarıdır. Əsas ruhun sağlam olmasıdır. O ki, qaldı mətbuata qapalı keçirilməsinə.. Bu haqda bir söz deyə bilmərəm” deyə o bildirib.
скачать dle 12.1