Bia.Az

YAP bələdiyyələrdə çalışan üç nəfəri namizəd ELAN EDİB - FOTO

Cəmiyyət
 18-07-2024, 10:54     611

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti 1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkilərindəki namizədlərinin siyahısını dünən açıqlayıb.

Modern.az xəbər verir ki, YAP-ın siyahısında üç bələdiyyə işçisi də var.

Belə ki, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyi irəli sürülən Hümbət Rəhim oğlu Hüseynov hazırda Binəqədi rayonundakı Rəsulzadə bələdiyyəsinin sədri vəzifəsində işləyir.

YAP-ı 18 saylı Nərimanov - Nizami - Binəqədi seçki dairəsində təmsil edəcək Nizami Babaş oğlu Babaşov Nərimaov bələdiyyəsində şöbə müdiri vəzifəsində çalışır.

36 saylı Xətai -Suraxanı seçki dairəsindən namizədliyi irəli sürülən Nərminə Aslan qızı Hacıyeva isə Xətai bələdiyyəsinin sədr müavinidir.

Bu namizədlərin adları çəkilən dairələrdə nə qədər şanslı olacaqları qarşıdakı seçki marafonunda bilinəcək.
скачать dle 12.1