Bia.Az

Cavanşir körpüsü artıq yoxdur: yeni yol nə vaxt hazır olacaq?

Cəmiyyət
 5-07-2024, 00:48     780

Cavanşir körpüsünün yerində inşa ediləcək yolun növbəti 3 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, ərazidə bir tərəfdə yol yatağı hazırlanır, digər tərəfdə isə ehtiyat elektrik naqillərinin keçirilməsi üçün borular çəkilir.

Demək olar ki, artıq körpünün bütün tullantıları daşınıb və təmizlik işləri davam edir. Bütün işlər ətrafda olan yaşıllığa zərər vermədən aparılır. Burada bir neçə metrlik ərazidə birqat yol yatağının inşası yekunlaşıb. Asfaltlanma üçün hazırlıqlar gedir.

Ətraflı süjetdə:
скачать dle 12.1