Bia.Az

Türkiyədə Azərbaycana dəstək aksiyası – HKP fəalları konsulluğumuzun önünə toplaşdılar

Cəmiyyət
 4-10-2020, 15:10     312

Türkiyədə Xalq Azadlıq Partiyası (HKP) Ermənistanın Azərbaycana hücumlarına etiraz olaraq Azərbaycan Konsulluğu qarşısında dəstək aksiyası keçirib. 


“AzPolitika.info” partiyanın yaydığı açıqlamaya istinadən xəbər verir ki, konsulluğun qarşısına toplaşanlar "Azərbaycan Türk xalqı tək deyil", "Yaşasın, xalqların qardaşlığı", "İşğalçı dövlət Ermənistandır", "Qarabağ torpağı Azərbaycana məxsusdur", "Azərbaycan xalqı tək deyil" kimi şüarlar səsləndiriblər.


Aksiyada iştirak edən HKP İstanbul İl müdiri Xəlil Arabulan mətbuata açıqlama verib. Arabulan çıxışında deyib:"Ermənistanın mənfur hücumunda həyatını itirən qardaşlarımıza görə Azərbaycan xalqına başsağlığı verir, yaralıların ən qısa zamanda sağalmasını ümid edirik və bir daha Azərbaycan xalqının yanında olduğumuzu bildiririk".


Aksiyanın qətnaməsində Azərbaycan torpaqlarının işğalı, düşmənə yardım edən dövlətlərin məkrli mövqeyi pislənir və Azərbaycan xalqına dəstək ifadə olunur.скачать dle 12.1