Bia.Az

İlk dəfədir belə halla qarşılaşırıq – Adı rüşvətdə hallanan doğum evinin baş həkimi danışdı – VİDEO

Cəmiyyət
 21-06-2024, 17:53     493

Lökbatan Tibb Mərkəzinin tərkibindəki 4 saylı doğum evində rüşvət qalmaqalı ilə bağlı xəstəxananın baş həkimi Kəmalə Heydərova açıqlama verib. Turantv.az bildirir ki, həkim “Xəzər Xəbər”ə açıqlamasında hadisənin rəhbərlik etdiyi tibb müəssisəsində baş verdiyini təsdiqlədi.Videogörüntüdəki ağ xalatlı şəxsin doğum evinin şövə müdiri olduğunu dedi.
Baş həkim deyir ki, 6 aydır rəhbərlik etdiyi xəstəxanada ilk dəfədir bu kimi mənfi halla qarşılaşır.
TƏBİB-dən isə bildirildi ki, görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda araşdırılma aparılır. Araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək.

скачать dle 12.1