Dünən Milli Məclisdə nə baş verib?

Milli Məclisin iyunun 7-də keçirilən iclasında gərginlik yaranması haqda mediada məlumat yayılıb. Bildirilir ki, dünən keçirilən iclasda parlamentin sədri Sahibə Qafarova deputatlara irad bildirib. Səbəb onların iclas zalını tərk etmələri olub.
Sahibə Qafarova millət vəkillərinə irad bildirərək onları qanun layihəsinin müzakirəsində diqqətli olmağa çağırıb.
Sitat: “Müzakirələrdə iştirak etmək istəməyənlər artıq zaldan çıxıb. Xahiş edirəm, bir-birinizə qulaq asın”.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Vahid Əhmədov hər şeyin qaydasında olduğunu bildirib.
Onun sözlərinə görə, məsələ təqdim olunduğu kimi deyil:
“Vallah, elə də ciddi problem olmadı. Sahibə Qafarova sədrdir və istədiyi vaxt hər hansı bir fikir səsləndirə bilər. Amma burada başqa söhbət olmayıb. Düzü, irad bildirdiyini eşitməmişik. Bilmirəm, niyə belə xəbər yayıblar”.