1 cəriməni müştəriyə 3 dəfə ödətdirirlər... - BU NƏDİ BELƏ?!

"02.06.2024 tarixi axşam saat 21:00-22:00 radələrində "Yelo Bank" tətbiqiylə DYP cəriməsi ödəyirdim..." Dia-az.İnfo bildirir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Tural Ağabəyov adlı istifadəçi qeyd edib.
Narazı vətəndaş daha sonra əlavə edib: "9 manat ödəniş etdim, cərimə ödəndi... Amma əlavə olaraq 2 dəfə də 9 manat çıxdı. Yəni ortada 18 manat boş yerə getdi.
981 müştəri xidmətlərinə zəng etdim, şikayətimi bildirdim... Dedilər ki, texniki şöbəyə yönləndiririk... əlaqə saxlayacaqlar sizinlə. Ancaq səs çıxmadı.
04.06.2024 tarixdə səhər yığdım yenə, şikayətimi bildirdim. "Əlaqə saxlayacağıq" dedilər, amma hələ də səs yoxdur…"