Nəsimi rayonunda 1 İyun BELƏ QEYD OLUNDU

Əlilliyi olan insanlara Ümummilli lider Heydər Əliyevin vaxtilə göstərdiyi
diqqət və qayğı 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yüksək
səviyyədə davam etdirilir. “Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir.
Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki,
bunu edək” deyən dövlət başçısının bu sözləri isə əlilliyi olan şəxslərin sosial
müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır. Dövlət tərəfindən
bu qəbilədən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm
addımlar atılır. Bu insanların müalicəsi, reabilitasiyası, sosial təminatı ildən-ilə
yaxşılaşır. Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan
təbəqələrinin biri olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət
kəsb edir. Onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi
mənəvi yardıma ehtiyacı vardır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən
təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları
çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin
və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu
üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər
həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan
diqqət və qayğısı göz qabağındadır.
Hər il olduğu kimi bu ildə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü
münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində
yerləşən “KOALA” Uşaq və Əyləncə Mərkəzidə xüsusi qayğıya ehtiyacı olan
uşaqlar üçün tədbir keçirilmişdir.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Nəsimi
rayonunda yaşayan və 268 nömrəli Xüsusi məktəbdə təhsil alan xüsusi qayğıya
ehtiyacı olan uşaqlar iştirak ediblər.
Tədbirdə iştirak edən xüsusi qayğıya ehtiyacı olan uşaqlara və 268 saylı
Xüsusi məktəbdə təhsil alan şagirdlərə nahar süfrəsi açılmış və hədiyyələr
verilmişdir. Gün ərzində uşaqlar parkda olan müxtəlif oyun elementlərindən
istifadə edərək şənlənmişdirlər.
Eyni zamanda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar
Nəsimi rayonunda yerləşən ümumtəhsil orta məktəblərində və məktəbəqədər
uşaq müəssislələrində silsilə tədbirlər də keçirilib. Tədbirlərdə aztəminatlı ailələrin
uşaqların, şəhid və qazi övladları və digər uşaqlar da iştirak ediblər.
Tədbirlərdə uşaqlar rəngarəng musiqi və rəqs nömrələri ilə iştirak ediblər.
Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları uşaqlara öz təbriklərini
çatdırmış və qeyd etmişdirlər ki, gələcəyimiz olan uşaqlara hər zaman dövlət
tərəfindən diqqət və qayğı var, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün uşaqlara, eləcə də
şəhidlərimizin yadigarlarına və qazi uşaqlarına olan münasibətləri hamımız üçün
örnəkdir.
Dia-az.İnfo