Bia.Az

"Bakı Abadlıq"ın baş direktoru Binnət Əli Qasımov işçiləri əmək müqaviləsiz işlədir

Cəmiyyət
 31-05-2024, 16:32     706

“Bakı Abadlıq Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

“Azərbaycan Reallığı” xəbər verir ki , protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.
İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatındadır.

Qeyd edək ki, “Bakı Abadlıq Xidmətləri” MMC-nin baş direktoru Binnət Əli Qasımovdur.скачать dle 12.1