Bia.Az

Yasamal Bələdiyyəsi sədrinin ƏLLƏM-QƏLLƏM İŞLƏRİNİ YOXLASALAR... - İTTİHAM VAR!

Cəmiyyət
 27-05-2024, 16:24     232

Elektron mediada və sosial şəbəkələrdə Yasamal sakinlərinin rayon Bələdiyyəsinin fəaliyyətsizliyi ilə bağlı vaxtaşırı şikayətlər yayılır. Sakinlər daha çox rayon ərazisindəki küçə və məhəllərdəki baxımsızlıqlardan narazı olduqlarını bildirir, həmçinin Yasamal bələdiyyəsində onların müraciətlərinə baxılmadığını iddia edirlər.

Məlum olduğu kimi bələdiyyələrin funksiyalarından biri də yerli əhəmiyyətli problemlərin həllinə dövlətin iştirakı və rolu olmadan müstəqil sürətdə və yerli resurslar vasitəsilə nail olmaqdir. Belə olan halda Yasamal rayon Bələdiyyəsi sakinlərin üzləşdiyi problemləri nə üçün həll etmir. Vəsait çatışmazlıqlarından söhbət belə gedə bilməz. Çünki, hər il vergiyə cəlb olunan hüquqi, fiziki şəxslərdən və rayon sakinlərindən qanunvericiliyə uyğun olaraq vəsaitlər toplanır. Amma bu vəsaitlərin hara xərcləndiyini heç kim bilmir.

Əldə etdiyimiz məlumatlara görə Yasamal rayon Bələdiyyəsi hər ilə küçə və məhəllərin abadlaşdırılması işlərinə yüz minlərlə vəsait ayrılır. Vəsaitlər mal-materialların alınması, təmir-tikinti, abadlıq işlərinin görülməsi adı altında şişirdilmiş qiymətlərlə müxtəlif şirkətlərin hesabına köçürülür və saxta sənədlər tərtib etməklə nağdlaşdırılır. Yəni, işlər qanunla müəyyən edilmiş qaydada, heç bir satınalma təşkil olunmadan həyata keçirilir. Bələdiyyə tərəfindən dövlət satınalması təşkil olunmadığından, görülən işlərin həcmi də, alınan mal-materialların qiymətləri də süni şəkildə şişirdilir. Bütün bu qanunsuzluqların başında isə bələdiyyə sədrinin durduğu bildirilir.

Məmmədov Tahir İlyas oğlu. 1969-cu ildə anadan olub. 1977-1987-ci illərdə Hövsan qəsəbəsində orta təhsil alıb. 1998-2003-cü illərdə Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetində hüquqşünas ixtisası üzrə təhsil alıb. (Bəlkə də 90-cı illərdə Gürcüstan Universitetlərinin dəb halını almış diplomlarını bir çoxları kimi Tahir Məmmədov da satın alıb). 2004-cü ildən Qaraçuxur Bələdiyyəsinə üzv seçilərək, hüquq məsələləri daimi komissiyasının üzvü olub. 2009-cu ildə yenidən Qaraçuxur Bələdiyyəsinə üzv seçilib. 2010-2014-cü illərdə Qaraçuxur Bələdiyyəsinin sədri vəzifəsində çalışıb. 17 yanvar 2020-ci il tarixindən Yasamal rayon Bələdiyyəsinin sədri vəzifəsinə seçilib.

Əldə etdiyimiz məlumatlara görə Tahir Məmmədovun karyerasındakı bu yüksəliş qardaşı Mais Məmmədovun sayəsində olub. Mais Məmmədov artıq 30 ilə yaxındır ki, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəis vəzifəsində çalışır. Bu müddət ərzində elə Bakı şəhərində də, Suraxanı rayonunda da bir neçə İcra başçı dəyişsə də Mais Məmmədov vəzifəsində qalıb. Bu müddət ərzində Mais Məmmədov üzdə olmayan, amma böyük kapital sahibinə çevrilib ki, bu ayrı məqalənin mövzusudur. Çox güman ki, Tahir Məmmədovun karyerasındakı yüksəliş də böyük qardaş Mais Məmmədovun şəxsi əlaqələri hesabına düz-qoş edilib.



Suraxanı rayonu Qaracuxur qəsəbəsi Etibar Bəkirli kücəsində yerləşən bu malikanənin Tahir Məmmədova məxsus oldugu bildirilir. 
Ümumiyyətlə, Yasamal rayon Bələdiyyəsinin sədri Tahir Məmmədovun "əlləm-qəlləm iş"i yetərincədir. Bu barədə növbəti yazılarımızda məlumat verəcəyik! 


Heqiqixeber.azскачать dle 12.1