Bia.Az

SON DƏQİQƏ! Növbəti pandemiya mütləq olacaq – Rəsmi

Cəmiyyət
 24-05-2024, 14:11     365

Biz Ümumdünya Səhiyyə Təşkilatı olaraq müşahidəçi kimi prosesləri izləyirik. Amma müdaxilə etmirik.

BİA.az Globalinfo.az-a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ofisinin rəhbəri Hande Harmancı APA-ya müsahibəsi zamanı bildirib.

Hande Harmancı vurğulayıb ki, 2021-ci ildən bəri bəzi dövlətlər yeni bir pandemiya sazişi üçün çalışırlar. May ayında 77-ci Ümumdünya Səhiyyə Assambleyasında artıq bu mövzunun anlaşma ilə yekunlaşacağına ümid edirik. Təbii ki, konkret bir söz demək mümkün deyil. Bunu Assambleyanın gedişində görə biləcəyik.

“Burada çox vacib bir neçə məqsədi vurğulamalıyıq. Birincisi, növbəti pandemiyaya daha yaxşı hazırlaşa bilmək məsələsidir. “Növbəti pandemiya nə vaxt baş verəcək?” – deyə soruşa bilərsiniz. Cavab: Mütləq olacaq. Bu COVID də ola bilər, influenza da, başqa bir xəstəlik də… Tarixə baxsaq, hər 10 və ya 40 ildən bir mütləq pandemiya olur. Bunların bəziləri daha ağır olur – COVID kimi. Bəziləri daha yüngül keçir, məsələn, influenza kimi. Bəlkə, çoxları xatırlamır, 2009-cu ildə influenza pandemiyası olub: H1-N1. O da bir pandemiya idi. Amma bu qədər ağır keçmədi. Yəni növbəti pandemiya ehtimalına qarşı səhiyyə işçilərinin hazırlıqlı olması çox mühüm məsələdir”, deyə ÜST-ün Azərbaycandakı Ofisinin rəhbəri qeyd edib.

BİA.az
скачать dle 12.1