Bia.Az

Nəsimidə "yaşıl soyqırım" - Yazda bir ağac əkmək əvəzinə... DƏHŞƏTDİR! - VİDEO, FOTO

Cəmiyyət
 9-05-2024, 00:51     319

Bakının Nəsimi rayonu, Mərdanov Qardaşlari küçəsində ağacları kəsilib, ana təbiətə qəsd olunub.
 
Belə ki, Qaynarxett.az olaraq əməkdaşlarımız həmin ərazidə olarkən hadisəni lentə alıblar. Araşdırma nəticəsində burada tikinti işləri aparan MTK-nın adını dəqiq öyrənmək mümkün olmasa da tikinti işlərinə cavabdeh olan Emin adlı şəxslə telefon əlaqəsi yarada bilib. O, əməkdaşımıza bildirib ki, artıq tikintinin müdiriyyəti hadisə ilə baglı məlumatlıdır və tezliklə bu barədə geniş acıqlama olacaq. Lakin saatlar kecsə də Emin müəllimin dediyi acıqlama olmadı.

11 sayli Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsi ilə də əlaqə saxlayib məlumati Elman müəllimə verdik. Elman müəllim bu barədə ciddi ölçü götürəcəklərini və bizə məlumat verəcəklərini bildirdi

Gec oldugundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ilə də əlaqə yarada bilmədik. 

Araşdırmamız davam edəcək. Bizi izləyin.





скачать dle 12.1