Bia.Az

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı – VİDEO

Cəmiyyət
 24-04-2024, 01:39     309

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib.

Globalinfo.az xəbər verir ki, onun atası bir çoxlarının təəccüblə izlədiyi kirpiklərin ailəsi üçün adiləşdiyini deyib:

“Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğu üçün həkim də deyib ki, problem yoxdur. Mənim də uşaq vaxtı kirpiyim o qədər uzun olub ki, yuxudan ayılanda bir-birinə yapışırdı, açılmırdı”.

Valideynləri deyiblər ki, Ümüdün kirpiklərini bir neçə dəfə kəsiblər. Əvəzində isə uşağın kirpikləri daha sıx və cod uzandığı üçün artıq buna ehtiyac duymurlar.

Ətraflı Baku TV-nin süjetində:

скачать dle 12.1