Bia.Az

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

Cəmiyyət
 19-04-2024, 02:26     303

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət İdarəsinin Ekologiya Postunda sürücülərə qarşı haqsızlıq olunması barədə məlumatlar yayılıb.

Şikayətçi Nurməhəmməd Babayevin bu gün redaksiyamıza daxil olan şikayət ərizəsində qeyd olunub ki, 2016 cı ilə məxsus "Range Rover" markalı 77 MR 064 seriya nömrəli avtomobilə "Saxla" işarəsi veriblər, heç bir əsas olmadan duracağa yerləşdiriblər və 1000 manat pul tələb ediblər ki, guya sən avtomobildə konstruksiya dəyişikliyi etmisən.  Pulu İlqar adlı mülki formada xidmət aparan şəxs vətəndaşdan tələb edib və nəticədə İlqar adlı şəxsə 600 manat pul verilərək avtomobil sərbəst buraxılıb. Həmin şəxs qeyd edib ki, sizin nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi olunub.  Qeyd etmək istəyirəm ki, nəqliyyat vasitəsi 2016-cı il istehsalıdırsa və həmin nəqliyyat vasitəsinə 2020-ci il istehsalı qabarit işıqlar və passiv detallar quraşdırılırsa bu heç bir qanun pozuntusu deyil. Vətəndaş bildirib ki, istehsalçı zavodun həmin ilə istehsal etdiyi avtomobilin detalları nəqliyyat vasitəsinin ilindən fərqli olmayaraq istənilən ildə buraxılan eyni markalı nəqliyyat vasitələrinə quraşdırıla bilər. İlqar adlı şəxs bildirib ki, "Get işinlə məşğul ol, burada qanunları mən yazıram, sənin Ekologiya postundan xəbərin yoxdur. Bura Daxili İşlər Nazirliyinin "tasın" verir və get hara şikayət edirsən et. Biz qanunlarla yox, Rəşad müəllimin tapşırıqları ilə iş görürük."

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqət mərkəzində saxlayacagıq.


BİA.az
скачать dle 12.1