Bia.Az

Qubad İbadoğluya yekun ittiham elan edildi

Cəmiyyət
 18-04-2024, 16:01     263

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır.

Globalinfo.az bildirir ki, bu barədə “Qafqazinfo”ya onun vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib.

Müdafiə tərəfi işlə tanış olub, vəsatətlərini verdikdən sonra toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək.

Qeyd edək ki, professor Qubad İbadoğlu 9 ay əvvəl həbs edilib.скачать dle 12.1