Bia.Az

“Mahal MTK” vətəndaşı öz evindən DİDƏRGİN SALIB - ÖZBAŞINALIQ!

Cəmiyyət
 16-04-2024, 14:59     180

Həcər İsmayılova "Mahal MTK"dan şikayətçidir.

Dia-az.info-nun məlumatına görə, Həcər deyir ki, MTK-dan ev aldığı zaman ona bildiriblər ki 1 ilə ev tikiləcək, 2 ilə təhvil veriləcək.

Amma, 7 il keçməsinə baxmayaraq hələdə onun evini təhvil verməyiblər. Şikayətçinin iddiasına görə onun sənədlə aldığı ev MTK-a tərəfindən başqa şəxsə satılıb. O bununla bağlı məhkəməyə müraciət etdiyini, məhkəmə onun evinin təhvil verilməsi barədə qərar çıxardığını bildirir.

Lakin məhkəmə qərarı olmasına baxmayaraq hələ də onu sənədlə aldığı evinə buraxmadıqlarını deyir. O adiyyatı qurumlara müraciət edərək, "Mahal MTK" barəsində tədbir görülməsini, onun evidə gəlib yaşaması üçün imkan yaradılmasını xahiş edir.
скачать dle 12.1