Bia.Az

Azərbaycanda yaşlı kişilərin gənc xanımla evlənməsinin səbəbi: - Bir-bir açıqlandı

Cəmiyyət
 12-04-2024, 13:44     330

Araşdırmalar göstərir ki, Azərbaycanda 60 yaşdan sonra ikinci, üçüncü, hətta dördüncü dəfə ailə quran insanlar var.

60 yaşdan sonra evlilik üçün nikaha girmə faktlarını rəsmi statisika da təsdiqləyir. “Cebhe.info” xəbər verir ki, Dövlət Statistika Komitəsindən əldə edilən məlumatlara görə, 2022-ci ildə yaşı 60-dan yuxarı olan 1100-dən çox vətəndaş rəsmi nikaha girib. Həmin ildə 60 və daha yuxarı yaşda olan bəylərin sayı 838, gəlinlərin sayı 306 nəfər olub. Maraqlıdır ki, 60-dan çox yaşı olan 2 nəfər bəy 20-24 yaşlı xanımlarla nikah bağlayıblar. Yaşı 60-dan yuxarı olan 1 kişi 25-29 yaşlı xanımla, 6 kişi isə 30-34 yaşlı xanımlarla evlənib. 60-ı ötən 25 kişinin evləndiyi xanımlar isə 25-39 yaşlarında olub.

Maraqlıdır görəsən yaşlı kişilərin gənc xanımlarla evlənməsinə səbəb nədir?

Mövzu ilə bağlı sosioloq Roza Əliyeva “Cebhe.info” -ya bildirib ki, yaşlı kişilərin gənc xanımlarla evlənməsi təkcə günümüzdə deyil, daha əvvəl də olub:

“Ataların bir misalı vardı ki, cavana gedən yumruq yeyər, qocaya gedən. Yəni əvvəlki dövrlərdə hisslər daha önəmli idisə, gunümüzdə maddiyyat daha çox önəm daşıyır. İndi yaşlı bəylərin gənc xanımlarla evlənməsinə gəlincə, idarə etmək, dominantlıq etmək istəyən kişilər özündən yaşca kiçik xanımlarla evlənməyə üstünlük verir. İdarə olunmaq istəyən kişilərdə isə özündən yaşca böyük qadınlarla ailə qurmaq istəyi olur. Bəzən də cinsi istək baxımından gənc xanımlar arzulayırlar”.

Sosioloq qeyd edib ki, yaşlı kişilərin gənc xanımlarla evlənməsinin əsas səbəblərindən biri də maddi problemlərə dayanır:

“Keçmişdə olduğu kimi, günümüzdə qadınların özündən yaşca böyük kişilərə ərə getməsinin səbəblərindən biri maddi sıxıntılara dayanır.

Bəzən isə həqiqətən də qadının uşaqlıq travmalarına dayana bilər. Öz həmyaşıdlarından almadığı qayğını özündən yaşda böyük bir bəydə axtarmış olur”.скачать dle 12.1