Bia.Az

NAZİR GENERALI SƏRƏNCAMA GÖTÜRÜB - Yerinə kim təyin edilib? + FOTO

Cəmiyyət
 3-04-2024, 13:14     199

Dünən məlumat verdiyimiz kimi, polkovnik-leytenant Kənan Aşurov Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinə yeni rəis təyin edilib.

Bununla bağlı nazir Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, polkovnik-leytenant Kənan Aşurov bu təyinata qədər Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi işləyirdi. O, mərhum vəkil və ictimai xadim, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışmış İsaxan Aşurovun oğludur.

NAZİR GENERALI SƏRƏNCAMA GÖTÜRÜB

Kənan Aşurov

Onu da qeyd edək ki, Kənan Aşurovdan əvvəl FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin rəisi vəzifəsini general-mayor Elşad Hüseynov tuturdu.

Nazir Kəmaləddin Heydərovun müvafiq əmri ilə Elşad Hüseynovun sərəncama götürüldüyü bildirilir.

NAZİR GENERALI SƏRƏNCAMA GÖTÜRÜB

"AzPolitika.info"
скачать dle 12.1