Bia.Az

Taksilərə dair 8 illik məhdudiyyət - Nazirlik izahını verdi

Cəmiyyət
 3-04-2024, 12:19     198

Bu ilin iyulun 1-dən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır.

Musavat.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

İyulun 1-dək müraciət edənlərə bu tələb tətbiq edilmir.

Nümunə olaraq qeyd olunub ki, avtomobil 2012-ci il istehsalıdırsa və iyulun 1-dək icazə üçün müraciət edilibsə, bu zaman 3 illik icazə veriləcək və rəng tələbi tətbiq olunmayacaq.скачать dle 12.1