Bia.Az

ABŞ Azərbaycan və Ermənistana müraciət edib

Cəmiyyət
 2-04-2024, 01:20     256

ABŞ Azərbaycan və Ermənistanı aqressiv ritorikadan və vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırır.

Musavat.com xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller bazar ertəsi keçirdiyi brifinqdə deyib.

Miller iki ölkə arasındakı sərhəddəki vəziyyəti şərh edərkən, "Biz sərhəddə gərginliyə və hərbi əməliyyatlara səbəb ola biləcək ritorikadan çəkinmək çağırışında davam edirik" deyib.

O əlavə edib ki, Birləşmiş Ştatlar hamının hüquqlarına hörmət edildiyi regionda ədalətli və ləyaqətli sülh üçün şəraitin yaradılmasına çağırışlarını da davam etdirəcək.

Miller həmçinin qeyd edib ki, aprelin 5-də Brüsseldə keçiriləcək Ermənistan-ABŞ-Aİ görüşündə “erməni iqtisadiyyatının şaxələndirilməsi”, həmçinin “demokratiya və qanunun aliliyi” sahəsində islahatlar müzakirə olunacaq.
.”
"Sülh prosesi görüşün əsas mövzusu olmayacaq" deyə Metyu Miller fikrini əsaslandırmağa çalışıb.скачать dle 12.1