Bia.Az

“Azəriqaz”ın sabiq rəhbərinə yeni vəzifə verildi

Cəmiyyət
 1-04-2024, 14:47     203

“Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyevə “Azərenerji” ASC-də yeni vəzifə verilib.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev əmr imzalayıb.

Əmrə əsasən, Ruslan Əliyev “Azərenerji” ASC-nin departament direktoru təyin edilib.

Xatırladaq ki, Ruslan Əliyev ötən ay “Azəriqaz”ın baş direktoru vəzifəsindən azad edilmişdi.скачать dle 12.1